Rusiyalı hərbçi avtomobil partlayışı nəticəsində həlak olub
Rusiyanın Balaşixa şəhərində yüksək rütbəli hərbçinin olduğu bildirilən avtomobil partlayıb. Nəticədə bir nəfər həlak olub.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, hadisə Rusiya Müdafiə Nazirliyinin 26-cı Mərkəzi Elmi-Tədqiqat İnstitutunun yaxınlığında baş verib.
Həlak olan şəxsin kimliyi rəsmi şəkildə açıqlanmasa da, Rusiya mənbələri onun Müdafiə Nazirliyinin Baş Raket-Artilleriya İdarəsinin raket və artilleriya sursatlarının təchizatı idarəsinin rəisi Damir Davıdov olduğunu iddia edir. Bildirilir ki, Davıdov Rusiya ordusunun silah və sursatla təminatına cavabdeh olub.
Xatırladaq ki, ötən il də Balaşixada general-leytenant Yaroslav Moskalik avtomobil partlayışı nəticəsində həlak olmuşdu.
12:07 10.06.2026
Oxunuş sayı: 47