Paşinyanın qələbəsindən sonra Ermənistana maliyyə dəstəyi ayrılacaq
Beynəlxalq Valyuta Fondu (BVF) Ermənistana təxminən 25 milyon dollar ayrılmasını təsdiqləyib.
Crossmedia.az erməni KİV-nə istinadən xəbər verir ki, BVF-nin İcraçı Şurası Ermənistan üçün nəzərdə tutulmuş Stand-By Arrangement ehtiyat proqramı çərçivəsində ilk icmalı tamamlayıb.
Fondun açıqlamasında bildirilir ki, icmalın yekunlaşması 18,4 milyon SDR (xüsusi borcalma hüququ) həcmində vəsaitin ayrılmasına imkan yaradır ki, bu da təxminən 25,1 milyon ABŞ dollarına bərabərdir.
Məlumata görə, Ermənistan hökuməti bu razılaşmanı ehtiyat mexanizmi kimi qiymətləndirir və zəruri hallar istisna olmaqla, ayrılan vəsaitdən istifadə etməyi planlaşdırmır.
Qeyd edək ki, qərar Nikol Paşinyanın rəhbərlik etdiyi partiyanın parlament seçkilərində qələbəsindən sonra açıqlanıb.
13:37 10.06.2026
Oxunuş sayı: 55