“Mütənasib cavab” adı altında hücum: ABŞ İrana zərbə vurdu
ABŞ Hörmüz boğazında Amerika “Apaçi” helikopterinin vurulmasına cavab olaraq İrana qarşı hava zərbələri endirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı əməliyyatın Tehranın hərəkətlərinə “mütənasib cavab” olduğunu bildirib.
Qurumun açıqlamasına görə, ABŞ prezidenti daha əvvəl helikopter insidentindən sonra cavab tədbirlərinin qaçılmaz olduğunu vurğulamışdı.
İran mediasının məlumatına əsasən, partlayışlar Sirik, Qeşm adası, Minab və Bəndər Abbas liman şəhəri ətrafında qeydə alınıb. Tehran isə ABŞ-in hücumuna cavab verəcəyini bəyan edib və vəziyyətin gərginləşdiyini bildirib.
13:00 10.06.2026
Oxunuş sayı: 53