Vilayəti: Ermənistan İranın ABŞ və İsraillə qarşıdurmasından nəticə çıxarmalıdır
İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti Ermənistanı İranın ABŞ və İsraillə qarşıdurmasını diqqətlə izləməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Vilayəti bildirib ki, İran öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atmağa hazırdır.
“İranın təhlükəsizliyi ilə bağlı məsələlərdə heç bir güzəşt olmayacaq. Bu baxımdan Ermənistan rəhbərliyi ABŞ-lə birlikdə İrana qarşı hər hansı addım atmazdan əvvəl bir neçə dəfə düşünməlidir”, – o vurğulayıb.
12:48 10.06.2026
Oxunuş sayı: 43