İran və ABŞ arasında qarşılıqlı zərbələr davam edir
İranın son zərbələrinin effektivliyi ilə bağlı fərqli qiymətləndirmələr ortaya çıxıb. Analitiklərin fikrincə, əvvəlki mərhələlərdə İranın hücumları ABŞ tərəfi üçün müəyyən təzyiq yaratsa da, son əməliyyatlar daha çox məhdud və simvolik xarakter daşıyıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İran İsraildə yalnız Ramat David hərbi bazasına nisbətən uğurlu zərbə endirə bilib. Bununla belə, Tehran ümumilikdə daha çox simvolik hücumlara üstünlük verib.
Eyni zamanda qeyd olunur ki, ABŞ-nin son zərbələri də genişmiqyaslı obyektləri hədəf almayıb və daha çox seçilmiş infrastruktur elementlərinə yönəlib. Hücumlar nəticəsində İranın bəzi liman infrastrukturu, su anbarları və hərbi texnika saxlanma sahələrinin zərər gördüyü bildirilir.
Buna cavab olaraq İranın yenidən İsrail ərazisinə, o cümlədən Ramat David bazasına hücum həyata keçirdiyi iddia olunur. Lakin ümumi cavab tədbirlərinin əvvəlki mərhələlərlə müqayisədə daha məhdud olduğu vurğulanır.
Analitiklərin fikrincə, ABŞ bazalarının artıq müəyyən dərəcədə zərər görməsi onların əvvəlki qədər strateji effekt yaratmamasına səbəb ola bilər. Buna görə də İranın yeni taktiki addımlar üzərində düşünməsi ehtimal edilir.
Eyni zamanda qeyd olunur ki, son günlər İranın eskalasiya yönümlü addımları artıb. Ekspertlər bunu atəşkəs şəraitində ABŞ-nin İranın müdafiə qabiliyyətini mərhələli şəkildə zəiflətmək cəhdi kimi qiymətləndirir. İran isə bu vəziyyəti dəyişmək üçün gərginliyi artırmaq strategiyasına üstünlük verir.
Bununla belə, qarşılıqlı zərbələr nəticəsində regionda infrastrukturun zərər görməkdə davam etdiyi bildirilir.
12:24 10.06.2026
Oxunuş sayı: 46