SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Yaxın Şərqdə yerləşən bir sıra hərbi obyektlərinə raket zərbələri endirdiyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, SEPAH-ın yaydığı məlumata görə, hücumlar İordaniyanın Əl-Əzraq Hərbi Hava Bazasında yerləşən dörd hədəfə yönəlib. İddia olunur ki, hədəflər arasında F-35 qırıcılarının saxlanıldığı anqarlar və komandanlıq mərkəzi də olub.
Bundan əlavə, İran tərəfi Bəhreyndəki ABŞ hərbi bazasına və Küveytin Əl-Cəhra bölgəsində yerləşən ABŞ hərbi obyektinə də zərbələr endirildiyini bildirib.
12:11 10.06.2026
Oxunuş sayı: 47