Əraqçi Türkiyə və Səudiyyə Ərəbistanının XİN rəhbərləri ilə danışdı
ABŞ-nin İrana endirdiyi hücumlardan sonra İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyə və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə telefon danışığı aparıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, danışıqlar zamanı ABŞ-nin İranın cənub bölgələrinə həyata keçirdiyi hücumlardan sonra Yaxın Şərqdə yaranmış son vəziyyət müzakirə olunub.
Qeyd edək ki, Əraqçi ABŞ-nin hərbi əməliyyatlarını pisləyərək, bunun İranın suverenliyi və ərazi bütövlüyünün pozulması olduğunu bildirib. O, həmçinin İran Silahlı Qüvvələrinin cavab vermək hüququna malik olduğunu vurğulayıb.
11:55 10.06.2026
Oxunuş sayı: 50