Pakistan-Əfqanıstan sərhədində gərginlik yenidən alovlandı
Pakistan Silahlı Qüvvələrinin Əfqanıstanın Kunar, Xost və Paktika əyalətlərinə endirdiyi zərbələr nəticəsində 13 mülki şəxsin öldüyü bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Taliban hökumətinin sözçüsü Zabiullah Mücahid “X” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Pakistan hərbçiləri ötən gecə yenidən Əfqanıstanın hava məkanını pozaraq Kunar, Xost və Paktika əyalətlərində mülki evləri bombalayıblar.
Mücahid bildirib ki, hücumlar nəticəsində 11 uşaq, bir qadın və bir yaşlı kişi həlak olub. Bundan əlavə, 14 qadın və uşağın yaralandığı qeyd edilib.
Məlumata görə, fevralın 26-da axşam saatlarında Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Kabul rəsmiləri Pakistanın Əfqanıstan ərazisinə endirdiyi son hava zərbələrinə cavab olaraq hərbi əməliyyata başladıqlarını bəyan ediblər.
11:48 10.06.2026
Oxunuş sayı: 52