AZAL yeni beynəlxalq istiqamət açmağa hazırlaşır
"Azərbaycan Hava Yolları" (AZAL) QSC aviaşirkəti Bakı-Maskat aviareysini açmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Omandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, AZAL Omanın paytaxtında Bakı-Maskat çarter reysinin təqdimat mərasimini keçirib.
Tədbirdə Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov iştirak edib.
Mərasimdə çıxış edən diplomat yeni reysin turizm, biznes və insanlararası əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.
14:15 10.06.2026
Oxunuş sayı: 65