Azərbaycan vətəndaşları Azovda ölüb: Təsadüf, yoxsa qəsd?
Azov dənizində iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb 3-ü yaralanıb. Bu ciddi humanitar və hüquqi nəticələr doğuran hadisədir. Xarici İşlər Nazirliyinin məlumatına görə, beş Azərbaycan vətəndaşı ölüb, üç nəfər yaralanıb.
Belə hallarda məsuliyyətin kim tərəfindən daşıyacağı hadisənin hansı şəraitdə baş verməsindən, hücumun tərəflərindən və beynəlxalq dəniz hüququ normalarının tətbiqindən asılıdır. Bu səbəbdən məsələ həm istintaq, həm də beynəlxalq hüquqi araşdırma tələb edir.
Hadisə regionda davam edən münaqişənin mülki təhlükəsizliyə təsirini göstərir və diplomatik müstəvidə gərgin müzakirələrə səbəb ola bilər.
Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a açıqlama verib:

“Məntiqə uyğun olaraq, əməliyyatların davam etdiyi və eyni zamanda Rusiya tərəfindən işğal olunmuş ərazilərdə fəaliyyət göstərmək Azərbaycan vətəndaşlarına baş ucalığı gətirmir. Bu məsələ bir qədər dərindən araşdırılmalıdır. Təbii ki, vətəndaşlarımızın Azov dənizində həlak olması üzücü bir haldır. İstənilən halda, vətəndaşlarımız işğal altında olan ərazilərdə fəaliyyət göstərməkdən çəkinməlidirlər. Azərbaycanın vətəndaşlarının belə ərazilərdə fəaliyyət göstərməsi düzgün deyil və bu kimi hallardan uzaq durulmalıdır”.
Ayhan
19:06 06.06.2026
Oxunuş sayı: 66