Zelenski uzaqmənzilli hücumlar barədə danışıb
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Sankt-Peterburq və Krasnodar diyarına pilotsuz təyyarə hücumları Rusiya prezidenti Vladimir Putinin müharibəni dayandırmaqdan imtinasına cavabdır.
Crossmedia.az xəbər verir ki, Zelenski Rusiyanın müharibəni davam etdirmək istədiyini və buna görə Ukraynanın cavab addımları atdığını bildirib.
Ukrayna prezidenti qeyd edib ki, ötən gecə Ukrayna pilotsuz uçuş aparatları təxminən 1000 kilometr məsafə qət edərək Sankt-Peterburq vilayətindəki dəniz arsenalı və Kronştadt bazasına qədər çatıb.
Onun sözlərinə görə, digər uzaqmənzilli pilotsuz aparatları isə təxminən 500 kilometr məsafə qət edərək Krasnodar diyarında yerləşən neft anbarına zərbə endirib.
16:33 06.06.2026
Oxunuş sayı: 52