Şirak vəfat edib
Fransanın sabiq prezidenti Jak Şirakın həyat yoldaşı Bernadett Şirak 94 yaşında vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə onun qızı məlumat verib. Bildirilib ki, Bernadett Şirak ailə üzvlərinin əhatəsində dünyasını dəyişib.
1933-cü ildə Parisdə anadan olan Bernadett Şirak Jak Şirakla altı onillikdən artıq birgə həyat sürüb və onun bütün siyasi fəaliyyət dövründə yanında olub.
Keçmiş birinci xanım olmaqla yanaşı, o, uzun illər Korrez departamentinin şurasının üzvü kimi fəaliyyət göstərib və Fransada tanınan “Sarı qəpiklər” adlı xeyriyyə aksiyasının əsasını qoyub.
Zeynəb Həsən
16:48 06.06.2026
Oxunuş sayı: 69