Azərbaycanın U-21 millisi yoldaşlıq görüşündə Bəhreyni məğlub edib
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün yoldaşlıq matçında qüvvəsini sınayıb.
Crossmedia.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Bəhreynlə qarşılaşıb.
Görüş Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Bu oyun iyunun 9-da baş tutacaq.
20:12 06.06.2026
Oxunuş sayı: 48