Azərbaycan ABŞ-yə ixracını 15 %-dən çox artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 338 milyon 608 min ABŞ dolları təşkil edib.
Crossmedia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,6 % azdır.
Son 1 ildə Azərbaycanın ABŞ-yə ixracının dəyəri 15,3 % artaraq 27 milyon 730 min dollar, bu ölkədən idxalının dəyəri isə 28,8 % azalaraq 310 milyon 878 min dollar olub.
Hesabat dövründə ABŞ ilə ticarət ümumi dövriyyənin 1,7 %-i qədər olub. 4 ayda ABŞ-yə ixrac ümumi ixracın 0,2 %-ni, ABŞ-dən idxal isə ümumi idxalın 5,6 %-ni təşkil edib.
18:05 06.06.2026
Oxunuş sayı: 46