Zaxarova Lavrovun istefa verəcəyi ilə bağlı iddialara münasibət bildirib
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova xarici işlər naziri Sergey Lavrovun yorulduğu və istefa vermək istədiyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, Zaxarova bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Ondan artıq nə istəyirsiniz? Böyük diplomat, böyük rəhbərdir.
Öz rəhbərinin tapşırığı ilə ölkəsinin rifahı naminə çalışır. İşini elə görür ki, hətta düşmənləri belə ona həsəd aparır”, – deyə Zaxarova bildirib.
O, bununla da Lavrovun istefa verəcəyi barədə yayılan şayiələri təkzib edib.
Zeynəb Həsən
16:40 06.06.2026
Oxunuş sayı: 54