Medvedev Paşinyanı sərt tənqid edib
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyanı seçkilər öncəsi rəqiblərinə qarşı sərt addımlar atmaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, Medvedev Paşinyanın siyasi rəqiblərini “nokaut etməyə” çalışdığını bildirib.
Onun sözlərinə görə, belə şəraitdə keçiriləcək seçkilərin legitimliyi şübhə altına düşəcək.
Medvedev əlavə edib ki, hətta ABŞ və Avropa İttifaqı belə halları qəbul etmir.
16:25 06.06.2026
Oxunuş sayı: 48