SOCAR-ın yeni mətbuat katibi o oldu - FOTO
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni mətbuat katibi təyin edilib.
Crossmedia.az xəbər verir ki, bu vəzifəyə Emin Sevdimalıyev təyinat alıb.
E.Sevdimalıyev uzun illər müxtəlif media qurumlarında, o cümlədən “Trend”də fəaliyyət göstərib.
Xatırladaq ki, E.Sevdimalıyevə qədər bu vəzifəni Orxan Hüseynov tuturdu. (Qafqazinfo)

13:28 25.05.2026
Oxunuş sayı: 44