Azərbaycanda keçirilən təhsil sərgisi Özbəkistanla əlaqələrin inkişafına töhfə verəcək – Deputat
Bu gün yaşananlar illər öncə əcdadlarımızın arzuladığı hadisədir.
Milli Məclisin Deputatı Ceyhun Məmmədov Bakıda keçirilən Özbəkistan Universitetlərinin III Təhsil Sərgisində Crossmedia.az-a açıqlamasında deyib.

"Azərbaycan–Özbəkistan əlaqələri sürətlə inkişaf edir və bu əlaqələrin inkişafında hər iki ölkənin liderlərinin rolunu xüsusilə qeyd etməliyik. Son illərdə cənab Prezident İlham Əliyev dəfələrlə Özbəkistana səfər edib, eyni zamanda Özbəkistan Prezidenti Şavkar Mirzoyoyev Azərbaycana gəli. Yəni, türk dövlətləri arasında Azərbaycanla Özbəkistan əlaqələri öz yaxınlığı və istiliyi ilə daha da seçilir.
Özbəkistanın ölkəmizdə yeni səfirliyi açıldı. Biz bu gün bir çox sahələrdə əməkdaşlıq edirik. Bu gün əməkdaşlıq etdiyimiz sahələrdən biri də təhsil sahəsidir".
"İllər öncə valideynlərimiz, daha doğrusu əcdadlarımız arzulayırdılar ki, o gün gəlsin və bizim əlaqələrimiz bu formada inkişaf edib irəli getsin. Düşünürəm ki, bugünkü sərgi əlaqələrimizin daha da inkişaf etməsinə və möhkəmlənməsinə öz töhfəsini verəcək.
Mədəni və siyasi sahədə əlaqələr var, amma bu gün əlaqələrimizin inkişafı üçün ən çox təhsil sahəsinə ehtiyac var. O mənada bugünkü sərgini çox yüksək qiymətləndirirəm. Burada Özbəkistan universitetləri bir çox sahələr üzrə təmsil olunur".
Mehriban Yariyeva
13:10 23.05.2026
Oxunuş sayı: 91