Deputat: Bizim Türk dünyasından başqa ailəmiz yoxdur
Cənab Prezident İlham Əliyevin də dediyi kimi, bizim Türk dünyasından başqa ailəmiz yoxdur.
Crossmedia.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi, millət vəkili Azər Allahverənov Bakıda keçirilən Özbəkistan universitetlərinin III təhsil sərgisində deyib.
"Bunu gündəlik fəaliyyətimizlə də təsdiq edirik. Humanitar sahədə əməkdaşlıq davam edir. Ümid edirəm ki, bu sərgi əlaqələrin daha inkişafına təkan verəcək".
12:07 23.05.2026
Oxunuş sayı: 153