Anar İsgəndərov: Özbəkistan və Azərbaycan dost-qardaş dövlətlərdir
"Özbəkistan və Azərbaycan dost-qardaş dövlətlərdir, amma uzun illər həm Çar Rusiyası dövründə, həm də Sovet dönəmində bu əlaqələrin inkişafına süni əngəllər var idi".
Bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov Bakıda keçirilən Özbəkistan Universitetlərinin III Təhsil Sərgisində Crossmedia.az-a açıqlamasında deyib.

"Hər iki dövlət öz müstəqilliyini əldə etdikdən sonra bu münasibətlər sürətlə inkişaf edir. Bu münasibətlərin inkişafında Azərbaycan və Özbəkistan əhalisinin, o cümlədən jurnalistlərin də böyük xidməti var.
Çünki Türk dünyası nə qədər güclənsə, nə qədər böyük olsa, onun təhlükəsizliyi də bir o qədər təmin olunar və bu dövlətlərdə insanlar azad və rahat yaşayarlar".
Mehriban Yariyeva
13:12 23.05.2026
Oxunuş sayı: 66