Komitə sədri: Təhsil sərgiləri göstərir ki, Türk dünyası böyük gücə çevrilir
Tarix boyu Özbəkistana qardaş münasibətimiz olub. Özbəkistan da həmişə bizə qardaş kimi yanaşıb.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov Bakıda keçirilən Özbəkistan universitetlərinin III təhsil sərgisində deyib.
O bildirib ki, dövlət başçılarının münasibəti də bunu göstərir: "Bu və bu kimi tədbirlər göstərir ki, yüz illərdir arzuladığımız Türk dünyası böyük gücə çevrilir".
"Azərbaycanla Özbəkistan arasında müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində əməkdaşlıq üçün qarşılıqlı maraq var. Təhsil sərgiləri bunu göstərir. Nəzərə almaq lazımdır kk, təhsil bütün sahələrin təməlidir. Odur ki, belə tədbirlər daha tez- tez olmalıdır", - deyə, o, qeyd edib.
11:38 23.05.2026
Oxunuş sayı: 66