Sloveniyanın növbəti baş naziri məlum olub
Sloveniya parlamenti "Demokrat Partiya"-nın lideri Yanez Yanşanı ölkənin növbəti baş naziri seçib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb .
ABŞ prezidenti Donald Trampın açıq-aşkar tərəfdarı olan Yanşa parlamentin 90 üzvündən 51-nin dəstəyini qazanıb. O, istefa verən Robert Qolobu əvəz edərək dördüncü müddətə baş nazir vəzifəsində çalışacaq.
Nəşr xatırladır ki, mart ayında keçirilən parlament seçkilərinin nəticələrinə görə, Sloveniya Demokrat Partiyası (SDP) 28 yer qazanaraq ikinci yeri tutub və 29 yer qazanan Robert Qolobun liberal Azadlıq Hərəkatına (GS) uduzub.
22:47 22.05.2026
Oxunuş sayı: 50