Trampla Pentaqon rəhbəri arasında münaqişə yaranıb
Ağ Ev rəhbəri Donald Tramp ABŞ müharibə naziri (Pentaqon rəhbəri) Pit Heqsetin Polşadakı ABŞ qoşunlarının rotasiyasını ləğv etmək qərarına qarşı çıxıb.
Crossmedia.az "The Wall Street Journal" qəzetinə istinadən xəbər verir.
Amerika rəsmilərinin sözlərinə görə, telefon danışığı zamanı prezident Pentaqon rəhbərindən qoşunların yerləşdirilməsinin niyə ləğv edildiyini soruşub.
Eyni zamanda, Tramp Heqsetə bildirib ki, ABŞ Polşaya pis rəftar etməməlidir, çünki o, Ağ Evlə sıx əlaqələri olan Amerika müttəfiqidir.
Heqsetin qərarı həm Respublikaçı, həm də Demokrat qanunvericilər tərəfindən kəskin tənqidə səbəb oldu.
22:10 22.05.2026
Oxunuş sayı: 52