Paşinyanı öldürmək istəyənlərlə bağlı mühüm detallar məlum olub
İlkin kəşfiyyat məlumatları göstərir ki, Ermənistan baş naziri Nikol Paşinyanı hədəf alan sui-qəsd planının arxasında duran şübhəlilər 2024-cü ildən bəri ölkə xaricində məskunlaşıblar.
Crossmedia.az "ArmenPress"-ə istinadən xəbər verir.
Paşinyan mətbuat brifinqində çıxışı zamanı sui-qəsdlə bağlı davam edən istintaqın bəzi təfərrüatlarını açıqlayıb.
O, şübhəlilərin hüquq-mühafizə orqanları tərəfindən təxmini şəkildə müəyyən edildiyini söylədi.
“İnanıram ki, biz şəxslərin dairəsini təxmini olaraq müəyyən etmişik. Əsasən, həmin videoda olduğuna inandığımız insanlar 2024-cü ildən bəri Ermənistanda olmayıblar. Bu, əməliyyat məlumatıdır, amma əlimizdə dəlil yoxdur. Onların adları bizdədir və onları tapmaq üçün səylər göstərilib, bu zaman onların Ermənistanda olmadığı təsdiqlənib. Əvvəllər onlar, çox güman ki, digər məsələlərlə bağlı bizim nəzarətimiz altında idilər. Xüsusilə, onlar qanunsuz muzdlu fəaliyyətlə məşğul olan şəxslər ola bilər. Amma bu, sadəcə əməliyyat məlumatıdır”, - deyə Baş nazir bildirib.
21:15 22.05.2026
Oxunuş sayı: 53