Rubio Rusiya - Ukrayna danışıqlarına toxundu: Heç kim bunu edə bilməz
Moskva, Vaşinqton və Kiyev arasında Ukraynada nizamlanma ilə bağlı danışıqlar hazırda başlamayıb, lakin ABŞ bu diplomatik prosesdə vasitəçilik etməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
"Hazırda belə danışıqlar aparılmır. Amma ümid edirik ki, bu, dəyişəcək. Təəssüf ki, danışıqlar məhsuldar olmadı. Amma biz bu rolu oynamağa davam etməyə hazırıq", - deyə Amerika diplomatiyasının rəhbəri sözünə davam edib.
Onun sözlərinə görə, əgər başqası bunu öz üzərinə götürmək istəyirsə, deməli, etməlidir.
"Amma görünür ki, hazırda dünyada heç kim bunu edə bilməz. Bundan əlavə, biz heç bir nəticə verməyən sonsuz görüşlər dövründə iştirak etməkdə maraqlı deyilik".
19:27 22.05.2026
Oxunuş sayı: 51