ABŞ-də İranla bağlı müharibə səsverməsi qəfildən ləğv edildi
ABŞ Nümayəndələr Palatasında İranla bağlı müharibə səlahiyyətlərinə dair nəzərdə tutulan səsvermə qəfildən ləğv edilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Respublikaçıların rəhbərliyi ABŞ prezidenti Donald Trampın Konqresdən rəsmi icazə almadan İrana qarşı hərbi əməliyyatları davam etdirməsinin qarşısını almağa yönəlmiş qətnamə üzrə səsverməni dayandırıb.
Qeyd olunur ki, bu addım ABŞ Senatında oxşar təşəbbüsün gündəmə gətirilməsindən iki gün sonra atılıb. Səsvermənin Xatirə Günü tətili öncəsi qanunvericilərin Vaşinqtonu tərk etməzdən əvvəl keçirilməsi planlaşdırılırdı.
Eyni zamanda, demokratlar və bəzi respublikaçılar isə hesab edirlər ki, ABŞ Konstitusiyasına əsasən müharibə elan etmək səlahiyyəti Konqresə məxsusdur və prezident İrana qarşı hərbi əməliyyatlar üçün parlamentin razılığını almalıdır.
18:41 22.05.2026
Oxunuş sayı: 58