ABŞ - İran savaşı bitməyə yaxındır
ABŞ və İran müharibəyə son qoymaq üçün razılığa yaxınlaşıblar.
Crossmedia.az-ın "Əl-Ərəbiyyə"-yə istinadən məlumatına görə, rəsmi açıqlama yaxın saatlarda verilə bilər.
Pakistanın vasitəçi olduğu tərəflər atəşkəs, infrastruktura hücumların dayandırılması və yeddi gün ərzində yeni danışıqların başlaması barədə razılığa gəliblər.
ABŞ sanksiyalarının tədricən qaldırılması da müzakirə olunur.
Bundan əlavə, "Reuters" xəbər verir ki, qlobal bazarlar mümkün deeskalasiya xəbərləri fonunda yüksəlməyə başlayıb. İnvestorlar təxminən üç aylıq müharibədən sonra Vaşinqton və Tehrandan gələn hər hansı bir əlaməti diqqətlə izləyir.
Lakin tərəflər arasında əsas fikir ayrılıqları qalmaqdadır. ABŞ Hörmüz boğazından sərbəst naviqasiya və İranın nüvə proqramına məhdudiyyətlər tələb edir, Tehran isə zənginləşdirilmiş uranı ixrac etməkdən imtina edir.
Hörmüz boğazı ilə bağlı risklər səbəbindən bazarlar yüksək neft qiymətləri və yeni qlobal inflyasiya dalğası təhlükəsi ilə üzləşməyə davam edir.
18:30 22.05.2026
Oxunuş sayı: 41