NATO baş katibi Ukraynanın təşəbbüsü ələ aldığını bildirib
Cəbhədə vəziyyət sabitləşir və Ukrayna Silahlı Qüvvələri bəzi yerlərdə yerli irəliləyişlər əldə edir.
Crossmedia.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
Alyansın xarici işlər nazirlərinin görüşündən sonra NATO-nun baş katibi Ukraynanın cəbhədə dözümlülük nümayiş etdirdiyini və bəzi ərazilərdə Ukrayna qüvvələrinin hətta yerli irəliləyişlər əldə etdiyini bildirib.
Ruttenin sözlərinə görə, müttəfiqlər Kiyevə dəstəyini gücləndirməyə davam edir və bunu proqnozlaşdırıla bilən və davamlı etmək istəyirlər.
Bundan əlavə, o, Ukrayna lideri Volodimir Zelenskini 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitinə dəvət edib.
18:26 22.05.2026
Oxunuş sayı: 40