ABŞ Rusiya və Ukrayna ilə danışıqları dayandırıb
ABŞ müharibəyə son qoymaq üçün Ukrayna və Rusiya ilə üçtərəfli danışıqları dayandırıb.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Marko Rubio deyib.
O, bildirib ki, Vaşinqton nəticə verməyən görüşləri davam etdirməyin mənasını görmür.
"Biz heç bir nəticə verməyən sonsuz danışıqlar dövrünə cəlb olunmaqda maraqlı deyilik."
Eyni zamanda, Rubio, ABŞ-nin konstruktiv və məhsuldar danışıqlar üçün fürsət yaranarsa, dialoqa qayıtmağa hazır olduğunu vurğulayıb.
Dövlət katibi, həmçinin Vaşinqtonun Ukraynanı müəyyən bir danışıqlar mövqeyinə doğru itələdiyi barədə şayiələri yalan adlandırıb.
18:23 22.05.2026
Oxunuş sayı: 55