Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib
Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması üçün müraciət edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Moskva bu tələbi Ukrayna Silahlı Qüvvələrinin (USQ) Starobelsk şəhərində yerləşən yataqxanaya endirdiyi zərbə ilə əsaslandırıb.
Rəsmi Rusiya hadisəni beynəlxalq gündəmə çıxararaq məsələ ilə bağlı təcili müzakirə aparılmasını istəyir.
Bildirilib ki, zərbənin mülki obyektlərə təsiri və humanitar nəticələri barədə müxtəlif iddialar irəli sürülüb.
BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı nə zaman toplanacağı isə hələlik açıqlanmayıb.
16:58 22.05.2026
Oxunuş sayı: 50