Bəqayi: ABŞ-dan güzəşt yox, hüquqlarımızın bərpasını tələb edirik
İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-dən heç bir güzəşt tələb etmədiklərini, yalnız İrana məxsus hüquqların bərpasını istədiklərini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Bəqayi “Vice News”a verdiyi müsahibədə danışıb.
O, ABŞ-nin tətbiq etdiyi sanksiyaları sarsıdıcı məhdudiyyətlər kimi xarakterizə edərək, bu siyasətin son onilliklərdə İran iqtisadiyyatına ciddi təsir göstərdiyini deyib.
Bəqayi vurğulayıb ki, İranın nüvə proqramı ilə bağlı iddialar sanksiyaların əsas bəhanəsi kimi istifadə olunur, lakin Tehran regionda nüvə təhlükəsi yaratmadığını bildirir.
Onun sözlərinə görə, İranın əsas tələbi sanksiyaların ləğvi, dondurulmuş aktivlərin açılması və ölkəyə qaytarılmasıdır.
Bəqayi, həmçinin beynəlxalq hüquqa zidd hesab etdiyi bəzi dəniz məhdudiyyətlərinə və Hörmüz boğazı ətrafındakı gərginliklərə son qoyulmasını tələb etdiklərini bildirib.
İran ABŞ-nin siyasətini İran xalqına qarşı ədalətsiz iqtisadi təzyiq kimi qiymətləndirir və bunun dayandırılmasını istəyir.
16:55 22.05.2026
Oxunuş sayı: 50