Zelenski: Müharibəni Rusiyanın içinə gətiririk
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı hərbi əməliyyatlarla bağlı sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Ukrayna qüvvələri Rusiyanın dərinliklərində, o cümlədən Yaroslavl bölgəsində yerləşən neft emalı zavoduna zərbələr endirib. Zelenski bu obyektin Ukrayna sərhədindən təxminən 700 kilometr uzaqda olduğunu qeyd edib.
Prezidentin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri uzaqmənzilli pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın neft emalı və ixrac infrastrukturuna hücumları davam etdirir.
“Biz müharibəni Rusiyaya gətiririk və bu, tamamilə ədalətlidir”, – deyə o bəyan edib.
Zelenski, həmçinin Ukraynanın işğal olunmuş ərazilərindəki hədəflərə qarşı əməliyyatların davam etdiyini bildirib və Rusiyanın Ukrayna şəhərlərinə hücumlarına cavab olaraq “uzaqmənzilli sanksiyalar və orta mənzilli zərbələr”dən istifadə olunduğunu qeyd edib.
Bundan əlavə, o iddia edib ki, 2026-cı ilin əvvəlindən etibarən Rusiya ordusunun itkiləri 145 mini keçib, onlardan 86 mininin həlak olduğu bildirilir.
16:50 22.05.2026
Oxunuş sayı: 47