"Jerusalem Post”un baş redaktoru Ben-Qviri tənqid edib
"The Jerusalem Post"un baş redaktoru Tsvika Klein “Sumud” fəallarının yer aldığı mübahisəli videoya görə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qviri tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Klein sözügedən video ilə bağlı açıqlama verərək nazirin mövqeyini sərt şəkildə qiymətləndirib.
O bildirib ki, hadisə ictimai müzakirələrə səbəb olub və bu cür görüntülər ciddi suallar doğurur.
Məsələ İsrail mediasında geniş rezonans doğuraraq siyasi dairələrdə müzakirə mövzusuna çevrilib.
17:54 22.05.2026
Oxunuş sayı: 50