Karapetyan: KTMT faydasız olarsa, Ermənistan təşkilatdan çıxa bilər
“Güclü Ermənistan” partiyasının lideri, rusiyalı oliqarx Samvel Karapetyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ehtimalı ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə TASS-a istinadən xəbər verir.
O bildirib ki, baş nazir seçiləcəyi təqdirdə, təşkilatın ölkə üçün faydasız olduğu qənaətinə gələrsə, Ermənistan KTMT-dən çıxmağa hazır olacaq.
Karapetyanın sözlərinə görə, ilk növbədə KTMT-nin fəaliyyəti və Rusiyanın mövqeyi təhlil edilməlidir. O əlavə edib ki, təşkilatın səmərəsiz olduğu müəyyən edilərsə, İrəvan bu qurumdan ayrılmağı nəzərdən keçirə bilər.
Siyasətçi, həmçinin vurğulayıb ki, mövcud problemlərin bir hissəsi Ermənistan hakimiyyətinin KTMT ilə əməkdaşlıq siyasəti ilə bağlı ola bilər.
Xatırladaq ki, 2024-cü ilin sentyabrında Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin KTMT-də iştirakını dondurduğunu və təşkilatın Ermənistanın suverenliyinə təhdid yaratdığını bildirmişdi.
17:46 22.05.2026
Oxunuş sayı: 49