Keçmiş İran prezidenti ilə bağlı yeni iddia
ABŞ və İsrailin İrana qarşı mümkün planları ilə bağlı iddialar müzakirə olunur.
Crossmedia.az xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, həmin ssenaridə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad müharibədən sonrakı dövr üçün mümkün siyasi fiqur kimi nəzərdən keçirilə bilər.
Məsələ ilə bağlı Əhmədinejadın sabiq müşaviri Əbdürrza Davəri bildirib ki, qəzetdə yer alan iddialar tam istisna edilə bilməz.
O qeyd edib ki, keçmiş prezidentin vəziyyəti və statusu ilə bağlı müxtəlif şərhlər olsa da, bu cür ssenarilərin real olub-olmadığı dəqiq bilinmir.
17:16 22.05.2026
Oxunuş sayı: 54