Peruda yeni səs silahı nümayiş etdirilib
Perunun paytaxtı Limada polis üçün nəzərdə tutulmuş yeni səs-küylü silah nümayiş etdirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Şəhər meri yeni avadanlığın təqdimatı zamanı silahı öz müşaviri üzərində sınaqdan keçirib.
Mer bildirib ki, müşaviri nümayişdə iştirak etməyə könüllü şəkildə razılıq verib.
Məlumata görə, təqdim olunan cihaz polis əməliyyatlarında səs təsiri yaratmaq və kütləyə nəzarət məqsədilə istifadə üçün nəzərdə tutulub.
14:40 22.05.2026
Oxunuş sayı: 58