Volodin Paşinyanı Moskvaya qarşı qeyri-dost siyasəti yürütməkdə ittiham edib
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistanın Baş naziri Nikol Paşinyanı sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Volodin özünün “Telegram” kanalında yayımladığı açıqlamada Paşinyanı Moskvaya qarşı qeyri-dost siyasət yürütməkdə ittiham edib və onun davranışlarını “vicdansızlıq” kimi qiymətləndirib.
Duma sədri bildirib ki, Rusiya uzun illər Ermənistanı həm siyasi, həm də iqtisadi baxımdan dəstəkləyib, Ermənistan vətəndaşlarına Rusiya əmək bazarında imkanlar yaradılıb.
Volodin həmçinin Ermənistan hakimiyyətinin Avropa İttifaqı ilə yaxınlaşma cəhdlərini və Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımasını tənqid edib.
O, qeyd edib ki, Moskva Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) əldə etdiyi iqtisadi faydaları nəzərə alaraq münasibətlərin bu şəkildə davam edə bilməyəcəyini düşünür.
15:36 22.05.2026
Oxunuş sayı: 48