Ukrayna 2023-dən bəri ilk dəfə döyüşlərdə bunu etdi
Ukrayna Silahlı Qüvvələri 2023-cü ildən bəri ilk dəfə olaraq Rusiya qoşunlarının qeyri-qanuni istifadə etdiyi Starlink terminallarının sıradan çıxarılmasından sonra uğurlu əks-hücuma keçərək təxminən 400 kvadrat kilometr ərazini geri alıb.
Crossmedia.az "Bloomberg" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresi üçün hazırlanmış "Defense Intelligence Agency" hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, minlərlə Starlink terminalının deaktiv edilməsindən sonra Rusiya Silahlı Qüvvələrinin döyüş koordinasiya və rabitə imkanları müvəqqəti, lakin əhəmiyyətli dərəcədə zəifləyib.
Məlumata görə, Rusiya bu sistemdən pilotsuz uçuş aparatlarının idarə olunması və bölmələrarası rabitənin koordinasiyası üçün istifadə edirdi. Terminalların sıradan çıxarılması isə döyüş sahəsində operativ idarəetməyə ciddi təsir göstərib.
ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsasən, yaranan boşluqdan istifadə edən Ukrayna qüvvələri müəyyən istiqamətlərdə irəliləyiş əldə edərək əraziləri geri qaytara bilib.
14:33 22.05.2026
Oxunuş sayı: 54