Bu ölkə Ermənistandan meyvə-tərəvəz daşınmasında pozuntular aşkar edib
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Ermənistandan ölkəyə meyvə-tərəvəz məhsullarının daşınması zamanı problemlərin qeydə alındığını açıqlayıb.
Crossmedia.az-ın məlumatına görə, qurumun rəhbəri Sergey Dankvert TASS agentliyinə bildirib ki, Rusiya Ermənistan məhsullarının daşınması zamanı müəyyən pozuntular aşkar edib.
Bununla belə, qurum hansı məhsulların və ya hansı qayda pozuntularının qeydə alındığı barədə əlavə məlumat verməyib.
Məsələ ilə bağlı Ermənistanın rəsmi açıqlaması hələlik yayımlanmayıb.
13:56 22.05.2026
Oxunuş sayı: 61