Tramp: İran gərginliyi şəxsi planlarıma təsir edir
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında İranla bağlı gərgin vəziyyətin şəxsi planlarına da təsir etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp qeyd edib ki, böyük oğlunun bu həftəsonu Baham adalarında Bettina Anderson ilə keçiriləcək toy mərasiminə qatılıb-qatılmayacağı hələ də dəqiq deyil.
“İran məsələsi və digər problemlərim var. Bu, mənim üçün uyğun vaxt deyil”, – deyə ABŞ Prezidenti bildirib.
O, həmçinin toyda iştirak etməsinin və ya etməməsinin istənilən halda tənqidlərə səbəb olacağını düşündüyünü qeyd edib: “Getsəm də tənqid olunacağam, getməsəm də”.
Tramp əlavə edib ki, xüsusilə bəzi media orqanlarının onu hər iki halda tənqid edəcəyini düşünür.
13:08 22.05.2026
Oxunuş sayı: 45