Paşinyan: Ermənistan Rusiya ilə mübahisə etməyəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Rusiya arasında münasibətlərdə böhranın olub-olmaması ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Paşinyan bildirib ki, Ermənistan Rusiya kimi superdövlətlə mübahisə etməyəcək və Moskvanın maraqlarına hörmətlə yanaşılmalıdır.
“Ermənistan heç vaxt anti-Rusiya aksiyalarında iştirak etməyib və etməyəcək”, – deyə Ermənistanın Baş naziri qeyd edib.
O, həmçinin vurğulayıb ki, həm Rusiyada, həm də Ermənistanda iki ölkə arasında münasibətlərin gərginləşməsini istəyən qüvvələr mövcuddur.
Paşinyan Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfərinə dair tənqidlərə də münasibət bildirib və regional diplomatik səfərlərin təbii olduğunu qeyd edib.
Baş nazir əlavə olaraq Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinə də toxunub və müəyyən məhdudiyyətlərin olmasına baxmayaraq, bunun böhran demək olmadığını deyib.
12:09 22.05.2026
Oxunuş sayı: 58