Hörmüz boğazında yeni ödəniş planı gündəmdə
İranın paytaxtı Tehran və Oman Hörmüz boğazından keçən gəmilər üçün yeni ödəniş mexanizmi üzərində danışıqlar aparır.
Crossmedia.az xəbər verir ki, “New York Times” qəzetinin İran rəsmilərinə və məlumatlı mənbələrə istinadən yaydığı məlumata görə, nəzərdə tutulan plan birbaşa “keçid vergisi” deyil, gəmilərə göstərilən xidmətlərə görə ödəniş sisteminin yaradılmasını əhatə edir. Bu yanaşmanın beynəlxalq dəniz hüququnun boğazlardan sərbəst keçidi təmin edən qaydalarını pozmamaq üçün hazırlandığı bildirilir.
Nəşrin məlumatına görə, Oman əvvəllər belə təşəbbüslərə ehtiyatla yanaşsa da, hazırda layihədən əldə oluna biləcək gəlirlərin bölüşdürülməsi məsələsini müzakirə edir.
Qeyd edilir ki, Omanın paytaxtı Maskat bu təşəbbüsdə Fars körfəzi ölkələri ilə yanaşı ABŞ ilə də diplomatik əlaqələrindən istifadə edə bilər.
11:08 22.05.2026
Oxunuş sayı: 61