Hollivud İrandakı ABŞ xilasetmə əməliyyatı barədə film çəkir
Hollivud İranda ABŞ ordusu tərəfindən həyata keçirilmiş xilasetmə əməliyyatı ilə bağlı bədii film layihəsi üzərində işləyir.
Crossmedia.az xəbər verir ki, “Fox News” telekanalının məlumatına görə, ekran işi ABŞ ordusunun aprel ayında İranda qəzaya uğrayan F-15 qırıcı təyyarəsinin heyətini xilas etmək üçün keçirdiyi mürəkkəb əməliyyatdan bəhs edəcək.
Bildirilib ki, film məşhur rejissor Maykl Bey tərəfindən çəkiləcək. Layihə jurnalist və yazıçı Mitçell Zukoffun yaxın zamanda nəşr olunacaq kitabı əsasında hazırlanır.
Maykl Bey daha əvvəl “Pearl Harbor”, “Transformers” və “Armageddon” kimi iri büdcəli filmlərə imza atıb.
Filmin nümayiş tarixi hələ açıqlanmayıb, lakin ekran işinin 2027-ci ilin sonundan əvvəl təqdim olunmasının gözlənildiyi bildirilir.
11:00 22.05.2026
Oxunuş sayı: 73