Gərginlik artır: Müctəba Xameneinin gizli rolu barədə yeni məlumatlar
İranın Ali Lideri Müctəba Xamenei son həftələrdə səhhətinin yaxşılaşması fonunda qərarvermə proseslərində daha fəal rol almağa başlayıb.
Crossmedia.az xəbər verir ki, İsrail hərbi Kəşfiyyatı AMAN hökümətə təqdim etdiyi hesabatda qeyd edib ki, Xameneyinin mütəmadi olaraq hərbi və siyasi hesabatlar aldığı, həmçinin ölkədəki vəziyyətlə bağlı məlumatlandırıldığı qeyd olunur.
İsrail kəşfiyyatının məlumatına əsasən, onun müalicəsi davam edir və yaralarının böyük hissəsi sağalma mərhələsindədir. Bildirilir ki, Xameneyi ilə görüşə yalnız məhdud sayda yüksəkvəzifəli şəxslərə icazə verilir.
Həmin şəxslər arasında SEPAH komandanı Əhməd Vəhidi, ali dini rəhbərin hərbi məsələlər üzrə müşavirləri Yəhya Səfəvi və Möhsün Rəzayi, eləcə də prezident Məsud Pezeşkianın adı çəkilir.
Hesabatda həmçinin qeyd olunur ki, Müctəba Xameneyinin olduğu məkan ciddi şəkildə gizli saxlanılır və onun təhlükəsizliyi SEPAH-ın xüsusi qüvvələri tərəfindən təmin edilir.
İddialara görə, o, Yəzd yaxınlığındakı yeraltı obyektlərdən birində yerləşə bilər, lakin bu məlumat hələ rəsmi şəkildə təsdiqlənməyib.
10:00 22.05.2026
Oxunuş sayı: 64