ABŞ “Həşd-Şəəbi” ilə bağlı yeni plan hazırlayır
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Devid Petreus İraqda fəaliyyət göstərən “Həşd-Şəəbi” təşkilatının ləğvi planı üzərində işləyir.
Crossmedia.az xəbər verir ki, "Asharq Al-Awsat" nəşrinin məlumatına görə, hazırlanacaq layihə sənədinin ABŞ-nin xüsusi elçisi Barak vasitəsilə Ağ Evə təqdim olunacağı gözlənilir.
Məlumata görə, Petreus təşkilatın ləğvi üçün effektiv tövsiyələr hazırlamaq məqsədilə iraqlı rəsmilərdən birbaşa məlumatlar toplayıb.
Təklif olunan planın əsas maddələri arasında ağır və orta ölçülü silahların etibarlı təhlükəsizlik qurumuna təhvil verilməsi, eləcə də ABŞ və regiondakı müttəfiqlərinə qarşı hücumlarda iştirak etmiş şəxslərin zərərsizləşdirilməsi yer alır.
Nəşr bildirir ki, ABŞ Prezidenti Donald Tramp ilə İraqın baş naziri əl-Zaidi arasında gələn ay ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilə biləcək görüşdə silahlı qruplaşmalar məsələsi müzakirə oluna bilər.
Qeyd edək ki, “Həşd-Şəəbi” İranın SEPAH ilə əlaqəli şiə hərbiləşdirilmiş çətir təşkilatı hesab olunur.
09:53 22.05.2026
Oxunuş sayı: 53