İran raket və dron imkanlarını yenidən qurur
İran altı həftəlik atəşkəs dövründə pilotsuz uçuş aparatlarının istehsalının bir hissəsini bərpa edib.
Crossmedia.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, İranın paytaxtı Tehran ABŞ və İsrailin zərbələri nəticəsində zəifləyən hərbi imkanlarını sürətlə yeniləyir.
Mənbələrin bildirdiyinə görə, İran münaqişə zamanı məhv edilmiş raket buraxılış qurğularını, raket meydançalarını və əsas silah sistemlərinin istehsal güclərini yenidən qurur. ABŞ kəşfiyyatı isə İran ordusunun gözləniləndən daha sürətli bərpa olunduğunu hesab edir.
Qiymətləndirmələrə əsasən, İran dron hücumları potensialını təxminən altı ay ərzində tam şəkildə bərpa edə bilər. ABŞ rəsmilərindən biri bildirib ki, İran tərəfi kəşfiyyat orqanlarının proqnozlaşdırdığı bütün bərpa müddətlərini geridə qoyub.
Məlumata görə, Tehran ABŞ blokadasına baxmayaraq raket komponentlərini Çindən əldə edir. Pekin isə bu iddiaları rədd edir.
09:45 22.05.2026
Oxunuş sayı: 59