ABŞ Hörmüz boğazına nəzarəti gücləndirmək istəyir
ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi təzyiqlərin artırılmasını dəstəkləyən məqalə paylaşıb.
Crossmedia.az xəbər verir ki, Tramp “Truth Social” hesabında "New York Post" qəzetinin Vaşinqtonun Tehrana qarşı təzyiq siyasətinin gücləndirilməsinin vacibliyindən bəhs edən məqaləsini yayımlayıb.
Məqalədə qeyd olunur ki, ABŞ həm iqtisadi sanksiyaları sərtləşdirməli, həm də enerji sektorundakı liderliyini gücləndirərək Hörmüz boğazında gəmiçiliyə nəzarəti təmin etməlidir.
Nəşrin iddiasına görə, İran iqtisadiyyatı neft və neft-kimya məhsullarının ixracından əldə olunan gəlirlərin azalması, milli valyutanın zəifləməsi və maliyyə ehtiyatlarının tükənməsi səbəbindən təzyiq altındadır.
Məqalədə həmçinin ABŞ Maliyyə Nazirliyinin sanksiyaların genişləndirilməsi və məhdudiyyətlərdən yayınma sxemlərinə qarşı nəzarətin artırılmasını nəzərdə tutan “İqtisadi Qəzəb” proqramı xüsusi vurğulanıb.
Bundan əlavə, Səudiyyə Ərəbistanı və BƏƏ ilə birlikdə Hörmüz boğazından yan keçən alternativ neft və qaz marşrutlarının inkişaf etdirilməsi təklif olunur.
09:06 22.05.2026
Oxunuş sayı: 50