Paşinyan kəndləri boşaldılması ilə bağlı sensasional iddia ortaya atıb
Ermənistan hakimiyyəti kəndləri boşaltmaqla 300 min azərbaycanlı üçün yer hazırlayır.
Crossmedia.az xəbər verir ki, bunu ölkənin keçmiş prezidenti və baş nazirliyə namizəd Robert Köçəryan deyib.
“Vəziyyət ilk baxışdan göründüyündən daha ciddidir. 5 il əvvəl kim düşünərdi ki, Ermənistan hakimiyyəti Kilsəyə hücum edə bilər. Kimliyə qarşı kampaniya başladar, Ararat və Araqatlara qarşı çıxar. Düşünürəm ki, heç kim. Baxmayaraq ki, işarələr var idi. 2021-ci ildə Mədəniyyət Nazirliyi bağlandı. Özümüzdən bunun niyə baş verdiyini soruşmalı olduq. Məlum oldu ki, bu, kimliyi riskə atmaq üçün edilib”.
Onun sözlərinə görə, Diaspor və Kənd Təsərrüfatı Nazirlikləri eyni məqsədlə, diasporu Ermənistandan çıxarmaq üçün ləğv edilib və kənd təsərrüfatının bütün göstəriciləri azalır.
“Bəlkə də onlar 300 min azərbaycanlı üçün yer açırlar və kimliyimizi zəiflətməklə bizi bununla barışmağa məcbur edirlər”.
23:23 21.05.2026
Oxunuş sayı: 80