Köçəryan: Ermənistan geosiyasi münaqişələrin mərkəzinə çəkilir
Ermənistan hakimiyyəti Rusiyada işləyən 150 min ailənin rifahını təhlükəyə atır.
Crossmedia.az xəbər verir ki, bunu ölkənin keçmiş prezidenti və baş nazirliyə namizəd Robert Köçəryan deyib.
Siyasətçinin sözlərinə görə, hakimiyyətin hərəkətləri nəticəsində Ermənistan geosiyasi münaqişələrin mərkəzinə çəkilir.
Keçmiş prezident qeyd edib ki, iki dəfə ölkənin yenidən qurulmasında iştirak edib - birinci dəfə müharibədən sonra Dağlı Qarabağı (Red:Artıq belə inzibati vahid yoxdur) , ikinci dəfə isə Ermənistan prezidenti olduqdan sonra.
"1997-ci ildə daxili siyasi gərginlik var idi, amma heç kim bizim erməni olub-olmadığımızı soruşmurdu. Birinci prezident daşnaklarla yola getmirdi, amma heç kim bizə Dağlı Qarabağı (Red:Artıq belə inzibati vahid yoxdur) təslim etməyimizi və ya türklərə boyun əyməyimizi demədi. İndi bölünmə kimliyə əsaslanır; onu sarsıtmaq daha çətindir, eyni zamanda bərpa etmək də daha çətindir", - deyə siyasətçi qeyd edib. O, prezidentliyinin ilk illərində birinci prezident Ter-Petrosyanla fikir ayrılıqlarının olduğunu, lakin Türkiyə ilə qardaşlıq, ölkə üçün təhlükəli ola biləcək məsələlər barədə heç bir müzakirə aparılmadığını etiraf edib. İndi təhlükə daha böyükdür. Rusiya ilə Qərb arasında olmaq bir qumardır və buna son qoyulmalıdır".
22:55 21.05.2026
Oxunuş sayı: 82