Qalibafın oğlunun xaricdəki gəlirləri diqqət çəkib
İran parlamentinin sədri Məhəmməd Bağir Qalibafın oğlu İshaq Qalibafın Avstraliyadakı həyatı və fəaliyyəti ilə bağlı yeni məlumatlar yayılıb.
Crossmedia.az “The Guardian” qəzetinə istinadən xəbər verir.
Məlumatlar İshaq Qalibafın Kanadada daimi yaşayış icazəsi almaq üçün Federal Məhkəməyə təqdim etdiyi sənədlər əsasında ortaya çıxıb.
Hesabatda onun 2014-cü ildə Melbrun şəhərinə köçdüyü bildirilir.
Qəzetdə yazılıb ki, o, 2015–2018-ci illərdə Melburn Universitetində magistr təhsili alıb.
Bank sənədlərində isə 2018-ci ildə daşınmaz əmlak agentliyindən aylıq 1.353 dollar məbləğində iki ödəniş aldığı və bunların kirayə gəliri kimi göstərildiyi qeyd olunub.
Hesabatda İshaq Qalibafın 2016–2018-ci illərdə Melburn Universitetində tədqiqat köməkçisi kimi çalışdığı bildirilib.
Maliyyə sənədləri əsasında 2019-cu ildə onun İrandakı bank hesabında 148 min dollar, Avstraliyadakı bank hesabında isə 15 min dollar vəsaitinin olduğu açıqlanıb.
21:03 21.05.2026
Oxunuş sayı: 1429